Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Çavuşoğlu: “Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”

“Ümumi məqsədlərimizə nail olmaq yolunda Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”.

Bouyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvilinin təyinatı münasibətilə göndərdiyi təbrik məktubunda bildirib.

XİN başçısı gürcüstanlı həmkarı ilə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün sıx əməkdaşlığa ümidvar olduğunu ifadə edib: “Qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək üçün sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm. Bu da öz növbəsində xalqlarımızın rifahına, eləcə də regionun sülh və sabitliyinə töhfə verəcək”.

İ.Darçiaşvili azərbaycanlı və erməni həmkarları – Ceyhun Bayramov və Ararat Mirzoyan da daxil olmaqla bir sıra həmkarlarından da təbrik məktubları alıb. Nazirlər Gürcüstanın XİN başçısına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Check Also

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub. Boyukmillet.com xəbər verir ki, …