Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Çavuşoğlu: “Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”

“Ukraynada müharibənin qarşısını almaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan əlindən gələni etdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

“Təkcə Ukrayna taxılının deyil, Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”, – M.Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, İstanbuldakı tənzimləmə mərkəzi bu prosesi yaxından izləyəcək.

Nazir qeyd edib ki, hazırda Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmağa çalımaq lazımdır.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …