Bazar , 11 Yanvar 2026
Drone Cameras

Çavuşoğlu: “Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”

“Terror təşkilatları xüsusən İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu deyib.

“İsveç bu minaları bilərəkdən tapdayır. İstəsə, təmizləyər”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

“Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin hazırkı vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılaşa bilməz”, – nazir əlavə edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …