Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Çavuşoğlu: “Türk birliyinin dərdi dərdimizdir, dünya bunu Qarabağ zəfərində gördü”

“Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq Qazaxıstanda tezliklə sabitliyin, dincliyin, sülhün bərqərar olması üçün hər cür dəstəyi verəcəyik. Türk dünyasının dərdi bizim dərdimizdir. Bütün dünya bunu Qarabağ zəfərində gördü”.

Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, qeyd edib ki, Türkiyənin xarici siyasətdə özünəməxsus yeri var. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmiləri Qazaxıstanla bağlı danışıqlar aparıb. Yanvarın 10-da xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

“Türk dünyasının gələcəyi bizim qayğımızdır. Qazaxıstanda baş verən hadisələrdən çox narahatıq, baş verənləri diqqətlə izləyirik. Prezident (Rəcəb Tayyib Ərdoğan-red) Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi üzv dövlətlərin başçıları ilə, ilk növbədə Qazaxıstan Prezidenti (Kasım-Jomart Tokayev-red) ilə danışıqlar aparıb. Mən təşkilata müşahidəçi ölkə olan Macarıstan da daxil olmaqla, üzv ölkələrin xarici işlər nazirləri ilə də danışdım”, – Çavuşoğlu bildirib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …