Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Çavuşoğlu: “Türkiyədəki zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”

“Fevralın 6-da baş vermiş zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Avropa İttifaqının səfirlərinə müraciəti zamanı deyib.

Onun sözlərinə görə, baş vermiş fəlakətlə əlaqədər beynəlxalq ictimaiyyətin ciddi dəstəyi hiss olundu: “Bu bizə güc, stimul verdi. Bütün bəşəriyyət yanımızda oldu. Əlbəttə, bu həm də türk xalqına olan sevgi ilə bağlıdır”.

Nazir həmçinin bir çox rəsmi şəxslərin zəlzələ ilə bağlı Türkiyəyə səfər etdiklərini də xatırladıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …