Cümə , 22 Noyabr 2024
Drone Cameras

Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ələ keçirdiyi Ukrayna taxılını gəmi vasitəsilə daşıdığına dair iddialara cavab verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı britaniyalı həmkarı Lizz Trassla görüşdən sonra birgə brifinqdə danışıb.

“Biz hər iddianı ciddiyə alırıq və ciddi şəkildə araşdırırıq. Nəticəni isə xüsusilə Ukrayna tərəfinə bildiririk. Əslində, bu prosesi izləmək asandır. 5-6 dollarlıq proqramla hansı gəminin haradan gəldiyini, nə daşıdığını – bunların izlənilməsi mümkündür. Adi vətəndaş belə bunu təyin edə bilər. Bununla əlaqədar araşdırma apardıq. Nəticədə gəminin Rusiyamənşəli olduğunu müəyyənləşdirdik. Biz Ukrayna taxılının Rusiya və ya başqa bir ölkə tərəfindən alınıb qeyri-qanuni şəkildə satılmasına qarşıyıq. Türkiyə olaraq bu məhsulların ölkəmizə gəlməsinə icazə vermərik”, – M.Çavuşoğlu qeyd edib.

Check Also

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Türkiyənin Kayseri şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində keçmiş FETÖ lideri Fətullah Gülənin mühafizəçisi saxlanılıb. Boyukmillet.com xəbər …