Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Çeçenistan rəhbərinin diqqətini çəkən azərbaycanlı: Kadırov ordeni, vəzifə, aralarındakı səmimiyyət… – FOTOLAR – VİDEO

İki il öncə Çeçenistan Respublikasının səhiyyə naziri postuna azərbaycanlı təyin olunub.

Minval.info Çeçenistan rəhbəri Ramzan Kadırovun istəyi ilə nazir vəzifəsinə gətirilən Elxan Süleymanovdan bəhs edəcək.

O, 1974-cü ildə Bakıda anadan olub, əslən Qusar rayonunun Həzrə kəndindəndir. Elxan Süleymanov paytaxtın 245 saylı orta məktəbini bitirib və Azərbaycan Tibb Universitetinə daxil olub. 1998-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Təhsil aldıqdan sonra Bakı Onkoloji Elmi Mərkəzində çalışıb. Ardınca Moskvada Bloxin adına Onkoloji Mərkəzin aspiranturasında təhsil alıb. Orada tibb elmləri namizədi elmi adını müdafiə edib və işləməyə başlayıb. O, həmçinin Aleksandr Baranovun rəhbərliyi altında Uşaqların Sağlamlıq Elmi Mərkəzində aparıcı elmi əməkdaş olub. Elxan Süleymanov paralel olaraq ABŞ və Almaniyada təcrübə toplayıb.

O, 28 aprel 2016-cı il tarixində Ramzan Kadırov tərəfindən Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib.

Kadırovun dediyinə görə, E. Süleymanovu bir neçə il əvvəl Moskvadan Qroznıya gəlməyə və ağır vəziyyətdə olan onkodispanserə rəhbərlik etməyə razı salıb. Daha sonra Çeçenistan rəhbəri onu ölkə başçısının səhiyyə məsələləri üzrə məsləhətçi təyin edib.

“Elxan ən yaxşı diaqnostik avadanlıqları quraşdırmaqla, yüksək ixtisaslı mütəxəssisləri yığmaqla onkodispanserdə inqilab etməyi bacardı. Bu gün başqa regionlardan onkoloji xəstələr Çeçenistana müalicə olunmağa gəlirlər. Mən onu təyin etmişəm ki, Səhiyyə Nazirliyində, Qroznının, rayon və yaşayış məntəqələrinin müalicə müəssisələrində köklü yenidənqurma işləri aparsın, bizim tibbimiz ölkənin ən yaxşılarından biri olsun. Bunun üçün kadr və struktur islahatlar tələb olunur” – Kadırov onun barədə bu sözləri qeyd edib.

Elxan Süleymanovun nazir postuna təyin edilməsi haqda danışarkən bildirib ki, bu, onun üçün gözlənilməz olub. Onun sözlərinə görə, Ramzan Kadırovun dəvətini xahiş kimi qəbul edib. Çünki onlar arasında 10 ilə yaxın dostluq münasibəti olub.

E.Süleymanov Çeçenistanda həkimlərə verilən əmək haqlarının Azərbaycandakından bir qədər yüksək olduğunu söyləyib.

O, 2017-ci ilin iyul ayında Ramzan Kadırov tərəfindən mükafatlandırılıb. E.Süleymanova Çeçenistanın ən ali mükafatı olan Kadırov ordeni təqdim edilib. (Samir Mirzə, Minval.info)

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir