Bazar , 15 Mart 2026
Drone Cameras

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 6 oyunu keçirilib.

Boyukmillet.com-un məlumatına görə, bununla 1/8 finalın növbəti 3 iştirakçısı bəlli olub.

G qrupunda Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Mançester Siti” klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya “Benfika”sı növbəti mərhələyə adlayıblar. Paris klubu buna evdə İsrailin “Makkabi” (Hayfa) komandasını 7:2, Lissabon təmsilçisi isə İtaliya “Yuventus”unu 4:3 hesabı ilə məğlub etməklə nail olub.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edib. 25 yaşlı hücumçu komandasının 0:4 hesabı ilə darmadağın olduğu matçı ehtiyat oyunçular skamyasından izləyib.

F qrupunda “Leyptsiq” Almaniyada İspaniya “Real Madrid”inə 3:2 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Şotlandiyada “Seltik”lə heç-heçə edib – 1:1.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə) – 1:2

Qollar: Çikvubuyke Adamu, 49 – Mateo Kovaçiç, 23. Kay Haverts, 64

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya) – 0:4

Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59 (penalti). Robert Lyubiçiç, 69 (avtoqol)

Xal durumu: “Çelsi” – 10, “Milan” – 7, “Zaltsburq” – 6, “Dinamo” – 4

F qrupu

23:00. “Seltik” (Şotlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:1

Qollar: Giorqos Giakumakis, 34 – Mixail Mudrik, 58

23:00. “Leyptsiq” (Almaniya) – “Real Madrid” (İspaniya) – 3:2

Qollar: Yoşko Qvardiol, 13. Kristofer Nkunku, 18. Timo Verner, 81 – Vinisius Junior, 44. Rodriqo, 90+3 (penalti)

Xal durumu: “Real Madrid” – 10, “Leyptsiq” – 9, “Şaxtyor” – 6, “Seltik” – 2

G qrupu

20:45. “Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 3:0

Qol: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

Qırmızı vərəqə: David Xoçolava, 90+4 (“Kopenhagen”)

23:00.”Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0

Xal durumu: “Mançester Siti” – 10, “Borussiya” – 8, “Sevilya” – 5, “Kopenhagen” – 2

H qrupu

23:00. PSJ (Fransa) – “Makkabi” (Hayfa, İsrail) – 7:2

Qollar: Lionel Messi, 19; 45. Kilian Mbappe, 32; 64. Neymar, 35. Şon Qoldberq, 67 (avtoqol). Karlos Soler – Abdulaye Sek, 38; 50

23:00. “Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) – 4:3

Qollar: Antoniu Silva, 17. Joau Mariu, 28 (penalti). Rafa Silva, 35; 50 – Moyze Kin, 21. Arkadiuş Milik, 77. Ueston Makkenni, 79

Xal durumu: PSJ – 11, “Benfika” – 11, “Yuventus” – 3, “Makkabi” – 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.

(Report)

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …