Bazar , 15 Mart 2026
Drone Cameras

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Boyukmillet.com-un məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasa, vaxtından əvvəl 1/8 finala adlayacaq. Qrupun digər matçında “Napoli” İtaliyada Şotlandiya “Reyncers”ini sınağa çəkəcək.

B qrupunda Portuqaliya “Portu”su Belçikada “Brügge”yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə görüşdə xal itirməlidir.

C qrupunda “İnter” İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını yensə, İspaniyada “Barselona” və Almaniya “Bavariya”sı arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.

D qrupunda isə “Tottenhem” İngiltərədə Portuqaliya “Sportinq”indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa “Marsel”i Almaniyada “Ayntraxt” (Frankfurt) komandasının qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

A qrupu

23:00. “Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya)

23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Napoli” – 12 . “Liverpul” – 9. “Ayaks” – 3. “Reyncers” – 0.

B qrupu

20:45. “Brügge” (Belçika) – “Portu” (Portuqaliya)

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya)

Xal durumu: “Brügge” – 10. “Portu” – 6. “Atletiko” – 4. “Bayer” – 3.

C qrupu

20:45. “İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” – 12. “İnter” – 7. “Barselona” – 4. “Viktoriya” – 0

D qrupu

23:00. “Tottenhem” (İngiltərə) – “Sportinq” (Portuqaliya)

23:00. “Ayntraxt” (Frankurt, Almaniya) – “Marsel” (Fransa)

Xal durumu: “Tottenhem” – 7. “Marsel” – 6. “Sportinq” – 6. “Ayntraxt” – 4.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.

(Report)

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …