Bazar , 15 Noyabr 2026
Drone Cameras

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Boyukmillet.com xəbər verir ki, bu ada Portuqaliya “Benfika”sından Fredrik Aursnes layiq görülüb.

Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliya “Milan”ından Rafael Leaonu qabaqlayıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada “Brügge”ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Lakin təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …