Şənbə , 28 Mart 2026
Drone Cameras

Çerniqovda 2 azərbaycanlı həlak olub

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.

Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …