Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Çexiyaya Rusiyanın diplomatik və xidməti pasportları ilə giriş qadağan ediləcək

Çexiyada akkreditasiya olunmayan Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişi qadağan ediləcək.

Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Yan Lipavski məlumat verib.

Onun sözlərinə görə, bu qərar hökumət tərəfindən sentyabrın 30-da qəbul edilib.

“Bu tədbir beynəlxalq hava limanlarına şamil edilir. Biz digər ölkələrə nümunə göstəririk və mən bütün Şengen zonası səviyyəsində ən ardıcıl tədbirlərin qəbul edilməsinə nail olmağa davam edəcəyəm”, – Y.Lipavski bildirib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …