Bazar , 11 Yanvar 2026
Drone Cameras

Çin ABŞ-dən Tayvana silah satışını dayandırmağı tələb edib

ABŞ Tayvana silah satışı məsələsinin bütün təhlükəsini anlamalı və Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalıdır.

Boyukmillet.com-məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan mətbuat konfransı zamanı bildirib.

19-21 oktyabr tarixlərində Merilend ştatında Tayvan və ABŞ nümayəndələrinin üç günlük illik konfransı keçirilib, burada birgə silah inkişafı və istehsalı, müdafiə texnikasının çatdırılmasının sürətləndirilməsi məsələləri müzakirə edilib.

“ABŞ Tayvana silah satışı məsələsinin yüksək həssaslığını və ciddi təhlükəsini dərk etməli, Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalı və “Tayvanın müstəqilliyi”ni dəstəkləməməlidir”, – deyə Ç. Syaoqan bildirib.

Müdafiə Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, adanın Demokratik Tərəqqi Partiyası administrasiyası yalnız özü ilə maraqlanır və ABŞ-yə qarşı sonsuz yaltaqlığı ilə Tayvana xəyanət edir.

“Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyi və ərazi bütövlüyünün qorunması üçün “Tayvanın müstəqilliyi” üçün hər hansı qəsdi və xarici müdaxiləni qətiyyətlə yatıracaq”, – deyə Ç. Syaoqan yekunlaşdırıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …