Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Çin hidrogen mühərrikli gəmi buraxıb

Çinin Çjunşan şəhərində hidrogen mühərrikli “Sanxia Qingzhou-1” adlı ilk gəmisi suya buraxılıb.

Boyukmillet.com xəbər verir ki, “Sanxia Qingzhou-1” gəmisi hidrogen yanacaq elementi və litium batareya enerji sistemi ilə təchiz edilib. Gəmidən su anbarı ərazisində rabitə, patrul, fövqəladə hallar və digər işlərdə istifadə olunacaq.

Gəminin hidrogen yanacaq elementi 500 kVt nominal gücə malikdir. Maksimal sürəti 28 km/saat olan “Sanxia Qingzhou-1” aşağı enerji istehlak edən və az səs-küylü “təmiz” gəmilərdəndir.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …