Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Çin Rusiyanı silahlandırır – Ukrayna kəşfiyyatı 20 hərbi zavoda təchizat faktını açıqladı

Çin sistemli şəkildə Rusiyaya hərbi məqsədli avadanlıq, barıt və xüsusi kimyəvi maddələr göndərir.

Boyukmillet.com xəbər verir ki, Ukraynanın Xarici Kəşfiyyat Xidməti 20 Rusiya hərbi zavoduna bu cür təchizatın həyata keçirildiyini təsdiqləyən məlumatlara malikdir.

Məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatları üçün istifadə etdiyi kritik elektronikanın 80%-i Çin mənşəlidir. 2024–2025-ci illər ərzində Rusiya ilə Çin arasında azı 5 hava əməkdaşlığı hadisəsi qeydə alınıb.

Ukrayna kəşfiyyatının bildirdiyinə görə, bu təchizatlar sanksiyaları aşmaq məqsədilə vasitəçi firmalar və saxta adlarla həyata keçirilir. Çinlə Rusiya arasında bu gizli əməkdaşlıq beynəlxalq təhlükəsizlik üçün ciddi siqnal hesab olunur.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …