Bazar , 5 Aprel 2026
Drone Cameras

Çin XİN: “Azərbaycanla Ermənistan arasında danışıqları alqışlayırıq”

“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”.

Boyukmillet.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, – o söyləyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu ilə həllini alqışlayırıq”.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …