Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Çində ilk yerli koronavirus dərmanı təsdiqləndi

Çin Milli Tibbi Məhsullar Administrasiyası “Sinopharm” dövlət şirkətinin təqdim etdiyi koronavirusa qarşı yeni peyvənd dərmanını şərti təsdiq edib.

Boyukmillet.com Mərkəzi Televiziyaya (CCTV) istinadən xəbər verir ki, “China National Biotech Group” şirkəti tərəfindən ərsəyə gətirilən dərman klinik sınaqlar zamanı 79,34 faizlik nəticə göstərərək həm yerli, həm də beynəlxalq standartlara uyğundur.

“AP” xəbər verir ki, Çin Milli Tibbi Məhsullar Administrasiyası komissar müavini Çen Şifei mətbuatla görüşü zamanı dərmanla bağlı tədqiqatların hələ davam etdiyini, bazara çıxarılandan sonra qeydə alınacaq mənfi halların nəzərə alınacağını bildirib.

Qeyd edək ki, Çin hökuməti fevral ayında qeyd olunacaq ay təqvimli Yeni il bayramınadək 50 milyon sakini peyvənləmək niyyətindədir.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …