Şənbə , 14 Mart 2026
Drone Cameras

Çində koronavirusdan ölənlərin sayı üç minə yaxınlaşır

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 422, bu virus səbəbindən ölənlər isə 2 min 984 nəfərə çatıb.

Boyukmillet.com Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 119 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

İndiyədək 49 min 914 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 6 min 416 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 36 min 432 nəfər tibbi nəzarət altındadır.

Çindən başqa, 75 ölkədə 10 mindən çox yoluxma, 166 ölüm faktı qeydə alınıb.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …