Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Çinin Rusiya ilə həmsərhəd bölgələrində koronavirusa görə qadağalar tətbiq olunub

Çinin Daxili Monqolustan Muxtar Rayonunun Mançjuriya şəhərinin hakimiyyəti epidemioloji vəziyyətin ağırlaşması səbəbindən ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edib.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərdə uşaq bağçaları və məktəblər, ictimai iaşə müəssisələri müvəqqəti olaraq bağlanıb.

Kütləvi tədbirlər, o cümlədən ziyafətlər qadağan olunub. Mütəxəssislər epidemioloji araşdırma aparır.

Məhdudiyyətin nə zaman ləğv edilməsi epidemioloji vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, noyabrın 21-də Mançjuriyada iki nəfərdə koronavirus aşkarlanıb. Hakimiyyət koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün əhalidə nuklein turşusunu test etməyi qərara alıb. Noyabrın 24-də 172 min sakini olan şəhərin 165 mini test edilib.

Xatırladaq ki, bu muxtar rayon və şəhər Rusiya ilə həmsərhəddir.

Check Also

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi …