Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Çinin şərqində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Boyukmillet.com “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb.

Məlumata görə, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.

Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …