Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

Çipras məğlub oldu, “Yeni demokratiya” Yunanıstanda hökuməti ələ keçirdi

Yunanıstanda iyulun 7-də növbədənkənar parlament seçkiləri keçirilib. Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, ilkin açıqlamalara görə, seçkini Kiriakos Miçotakisin rəhbərlik etdiyi müxalif “Yeni demokratiya” Partiyası qalib gəlib.

“Yeni demokratiya” 38-42 faiz səslə 26,5-30,5 faiz səs qazanmış hazırkı baş nazir Aleksis Çiprasın başçılıq etdiyi SİRİZA Partiyasını üstələyərək tək başına yeni hökumət qurmaq üçün mandat qazanıb.

Seçkinin nəticələrinə görə, “Yeni Demokratiya” 300 yerlik parlamentdə 155-167, SİRİZA isə 77-88 arasında mandata sahib olacaq.

Yekun nəticələrdən sonra SİRİZA ana müxalifət partiyasına çevriləcək, “Yeni demokratların” lideri Kiriakos Miçotakis isə ölkənin yeni baş naziri kimi hökuməti formalaşdıracaq.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …