Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili (oktyabrın 1-də başlayıb) üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin dərc etdiyi bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, “Prezident 2025-ci maliyyə ili üçün əsasən ABŞ Müdafiə Nazirliyinin proqramları və hərbi tikinti, ABŞ Energetika Nazirliyinin milli təhlükəsizlik sahəsindəki proqramları və kəşfiyyat sahəsindəki proqramlar üçün” ayrılmalar haqqında qanunu imzalayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.

1 800 səhifədən ibarət sənədin mətnində Pentaqona münasibətdə “Rusiya Federasiyasının hökuməti və ya Rusiya energetika sektoru ilə qalıq yanacaqla əməliyyatlar həyata keçirən şəxslərlə müqavilələrin bağlanmasına qadağa” yenidən daxil edilib.

Check Also

Rəsmi Bakı səfirliyin açıqlamasına görə Vaşinqtonu qınadı

“”Namərdlik” geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə etməkdir” Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) …