Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Cüdo üzrə Azərbaycan birinciliyinə bu gün start veriləcək

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək.

Boyukmillet.com-un Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarış fərdi və komandalar arasında baş tutacaq.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

İlk gündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində, qızların birinciliyində isə 36 kq, 48 kq və 63 kq çəkilərdə qaliblər müəyyənləşəcək.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …