Bazar , 25 Oktyabr 2026
Drone Cameras

“Culfa” gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …