Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Mədəniyyət » Dərbənd Azərbaycan Dövlət Dram Teatrı mövsümü “Rəngsaz” tamaşası ilə açıb

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı mövsümü “Rəngsaz” tamaşası ilə açıb

Sentyabrın 23-də Dərbənd Azərbaycan Dövlət Dram Teatrı “Rəngsaz” tamaşası ilə mövsümü açıq elan edib.

AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda təqdim olunub.

“Rəngsaz” tamaşası ilə başlanan 121-ci teatr mövsümü türk dramaturqu Tuncer Cudcenoğlunun pyesi əsasında hazırlanıb.

Mövsüm Azərbaycanın Əməkdar incəsənət xadimi rejissor Hüseynağa Atakişiyevin 70 illik yubileyinə həsr olunub.

Tamaşada baş rolu ifa edən Qədir bir həkimin evini təmir etməyə gəlir. Ancaq sonradan o, özünü burada evin sahibi kimi aparmağa başlayır. Əyninə həkim xalatı geyinib hamını müalicə etmək arzusuna düşür.

Aktyorlar bu tamaşanı ustalıqla ifa edərək gözəl xoreoqrafiya nümayiş etdiriblər. Tamaşa anşlaqla keçib.

Sonda teatrın direktoru Firdovsi Əsgərov teatra belə maraq göstərdikləri üçün tamaşaçılara öz minnətdarlığını bildirib.

Check Also

Sumqayıtda yazışı Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib

Azərbaycan Yazıçılar Birliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə N.Nərimanov …