Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Dərbənddə həmrəylik günü qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti (DAMMM) və Azərbaycan Dövlət Dram Teatrının birgə təşkil etdikləri bayram şənliyində şəhər administrasiyası başçısının müavini Vidadi Zeynalov, şəhər dairəsi məclisinin sədri Mövsüm Rəhimov, deputatlar Polad Nametullayev, Heydər Ələkbərov, Susanna Mirzəxanova-Feyziyeva, Vidadi Əsədov, DAMMM-in sədri Telman Tahirli, ictimai təşkilatların təmsilçiləri, universitet rəhbərliyi və tələbələr iştirak ediblər.

Tədbirdə Telman Tahirli, Mövsüm Rəhimov və Vidadi Zeynalov çıxış edərək, soydaşlarımızı həmrəylik və birlik günü münasibətilə təbrik ediblər. Onlar 31 dekabr tarixinin əhəmiyyətindən, Rusiya azərbaycanlılarının birlik və həmrəyliyi hiss etmələrindən, onu birlikdə keçirmək üçün bir araya gəlmələrindən, Dağıstan azərbaycanlılarının həmişə həmrəylik nümayiş etdirmələrindən, dağıstanlıların, o cümlədən dərbəndlilərin Rusiya-Azərbaycan dostluq əlaqələrinin inkişafına böyük töhfələr bəxş etmələrindən danışıblar.

Daha sonra şəhər başçısı Xizri Abakarov adından filialın direktoru Qurban Qurbanova təşəkkürnamə təqdim olunub.

Tədbir Azərbaycan Dövlət Dram Teatrı artistlərinin təqdim etdikləri konsert proqramı ilə yekunlaşıb.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …