“Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq. Karantin rejiminin yumşaldılması zamanı təhsil sektorunda fəaliyyətin bərpası ilklərdən ola bilməz”.
Boyukmillet.com-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
C.Bayramov qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələrdən əldə edilən nəticələrə əsasən buna gedilə bilər. Onun sözlərinə görə, təhsil sektorunda fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir:
“Yumşalma addımları tədricən həyata keçiriləcək. Epidemioloji vəziyyətin təhlilindən sonra qərar qəbul ediləcək. Karantin rejimindən çıxış barədə qərarlar qəbul edilərkən təhsil sektoru ilklərdən biri olmayacaq.
Ehtiyac olarsa, yay aylarında dəstəkləyici amillərdən istifadə etməklə, dərslərin onlayn rejimdə fəaliyyət göstərməsi və növbəti tədris ilinə keçidi təmin edəcəyik”.