Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Dərbənd şəhərindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətindən Prezident İlham Əliyevə təbrik məktubu

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev prezident seçkilərində qələbə münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların və ölkənin xarici siyasət kursunun xalq tərəfindən geniş dəstəkləndiyini təsdiqləyir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının imici dünyada çox yüksəklərə qalxıb. Dərbənddən olan azərbaycanlılar qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyurlar.

Bu gün Dərbəndin mərkəzi küçələrindən biri bizim ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Heydər Əliyev Fondu tərəfindən məktəblər abadlaşdırılıb, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisinə vəsait ayrılıb.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh və tərəqqi arzulayırıq.

Hörmətlə,

Telman Hacıəliyev

Rusiya Federasiyası Dağıstan Respublikasının

Dərbənd şəhərindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri

 

Boyukmillet.com

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir