Bazar , 15 Mart 2026
Drone Cameras

Dərbənddə yaşayan azərbaycanlılar İlham Əliyevi dəstəklədi

“Dərbənddə yaşayan azərbaycanlılar prezident seçkilərində İlham Əliyevi dəstəkləyir. Biz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin tərəfdarıyıq”.

Bu fikirlər Dərbənddə yaşayan azərbaycanlıların ictimai təşkilatlarının “Dədə – Qorqud” xeyriyyə fondu ilə birgə keçirdiyi tədbirdə səsləndirilib.

Nizami abidəsinin önündə baş tutan tədbirdə qeyd edilib ki, son illərdə Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Rusiya və Azərbaycan prezidentləri iki ölkə arasındakı münasibətləri uğurla inkişaf etdirirlər.

Bəyan edilib ki, Dərbənddə yaşayan azərbaycanlılar şübhə duymur ki, Azərbaycan xalqı düzgün seçim edəcək və İlham Əliyevi yenidən prezident seçəcək.

(Femida.az)

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir