125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov bu gün Sumqayıtda uyuyan 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edib.
DADP Mətbuat xidməti xəbər verir ki, ziyarətdə partiya üzvləri ilə bərabər, 1-ci Qarabağ Müharibəsinin iştirakçıları, Sumqayıt ziyalıları, Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər də iştirak edib. Şəhidlərin ruhuna dualar oxunub, məzarlarının üzərinə gül dəstələri qoyulub.
Şəhidlərimizin ruhları şad olsun!
DADP Mətbuat xidməti
Check Also
AZAL-a aid təyyarə qəzasına dair ilkin hesabat dərc edilib
2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiyanın “Pantsir-S” raketi ilə vurulduğu bildirilir. Bu barədə …