Dağıstan hakimiyyəti məhkum edilmiş qatili “sifarişli cinayət”də, məhkumun ailəsi isə polisi işgəncə və təzyiq göstərməkdə ittiham edir
OC Media yazır ki, Dağıstan hakimiyyəti 2022-ci ildəki qətl hadisəsini “sifarişli cinayət” kimi araşdırır, amma məhkum edilmiş şəxsin ailəsi polis tərəfindən işgəncəyə məruz qaldığını və digər şəxslər haqqında ifadə verməyə təzyiq edildiyini iddia edir.
Timurxan İbrahimov 2022-ci ilin iyununda qadına qarşı sifarişli qətl törətməkdə təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrum edilib. İbrahimov 2015-ci ildə də terrorçu qruplaşmada iştirak etməkdə təqsirli bilinib.
Hakimiyyət 2025-ci ilin əvvəlində ona qarşı daha bir cinayət işi açıb, onu pul üçün qurbanı öldürməkdə ittiham edib.
Onun qardaşı Hacıxan İbrahimov OC Media-ya bildirib ki, onun hakimiyyətlə azadlığı müqabilində Ukraynada döyüşmək üçün müqavilə imzalamasına mane olmağa çalışıb.
O qeyd edib ki, Timurxan İbrahimov Taqanroqun ikinci istintaq təcridxanasında saxlanılır. O, qardaşının kamera yoldaşlarından bəzilərinə istinad edərək, onun həbsdə işgəncə və təzyiqlərə məruz qaldığını bildirib.
Taqonroqda yerləşən ikinci təcridxana, ələlxüsus Şimali qafqazlı məhbuslar və ukraynalı hərbi əsirlərə qarşı olmaqla, qəddarlıq və məhbus hüquqlarının pozulması ilə bağlı xəbərlərlə məşhurdur. Rusiya hakimiyyəti xarici müşahidəçiləri, o cümlədən BMT və Qızıl Xaçı təcridxanaya buraxmaqdan imtina edir.
“Yanıqları var, döyülüb. Onu kiminsə adını çəkməyə məcbur edirlər, amma o kimin adını deməli olduğunu bilmir. Dünən vəkil getdi, içəri buraxmadılar, halbuki digər məhbusların vəkilləri içəri buraxılır, karantin də yoxdur,” deyə Hacıxan İbrahimov OC Media-ya bildirib.
2022-ci ildəki məhkumluqdan sonra Timurxan İbrahimov, qadını şəxsi mübahisə zamanı bıçaqladığını etiraf edib. O, qadının ölüm xəbəri yayılan kimi səlahiyyətli orqanlara təslim olub.
İndi müstəntiqlər İbrahimovu pul müqabilində qadını qətlə yetirməkdə ittiham edirlər və vurmağı əmr edən şəxsin qətlə yetirilən qadınla intim münasibətdə olan kişinin arvadı olduğunu bildirirlər.
Qardaşı deyib ki, İbrahimov “həyatında heç vaxt qətl əmri verən qadını görməyib və müstəntiqlər də qadının başqa şəhərdə yaşadığını” bildirirlər. O, hesab edir ki, qardaşına qarşı açılmış iş, zərərçəkənin anasının ifadəsindən sonra, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikinin əmri ilə sifarişli qətl kimi tövsif edilib.
Hacıxan İbrahimov bildirir ki, qardaşı azadlığı müqabilində orduya getməyə ümid edirdi — bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra adi bir təcrübədir — lakin on il əvvəl narkotik ittihamı ilə həbsdə olarkən terrorçu dəstədə iştirak etməkdə ittiham olunduqdan sonra bunu edə bilmir. Rusiya ordusu, terrorizm ittihamı ilə mühakimə olunan şəxsləri orduya cəlb etmir.
“Koloniyanın doqquz əməkdaşı onun on il əvvəl Dağıstandakı bir koloniyada yaradılan terrorçu icmada iştirak etdiyini deyir. Bu iş üzrə artıq üç nəfər məhkum edilib və Timurxan cəzasını ağırlaşdırılmış cəzaçəkmə müəəssəsində çəkirdi, heç kəslə əlaqə qurmurdu, hətta istəsə də, bunda iştirak etmək imkanı yox idi”, – deyə, o bildirib.
Hacıxan İbrahimov qeyd edib ki, qardaşının işgəncəyə məruz qalması ilə bağlı məlumatları Federal Penitensiar Xidmətə və Prokurorluğa təqdim edib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.