Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun davam etməsinə göz yuma bilmərik” – Vigenin

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Boyukmillet.com Apa-ya xidmətinə istinadən xəbər verir ki, B. Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir: “Ona görə də problemin həllinə diqqət daha da artırılmalıdır. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər”.

Kristian Vigenin isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. O əlavə edib ki, təmsil etdiyi qurum Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməlidir: “Problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq”.

Daha sonra qonaq Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir