“Daha əvvəl Trampın xahişi ilə Mənbic bölgəsinə yönəlik hərbi əməliyyatı dayandırdıq. Bizə qarşı təhdid artır. Təhdid ardıqca əməliyyata hazırlaşdıq. Bir an əvvəl təhlükəsiz bölgə ilə bağlı razılığa gəlməyimiz lazımdır, çünki bizim artıq səbrimiz qalmayıb”.
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu PKK/YPG terror təşkilatının işğal etdiyi Mənbic bölgəsinə yönəlik hərbi əməliyyat haqqında danışarkən deyib. Çavuşoğlu ABŞ-ın irəli sürdüyü təkliflərin Türkiyəni qane etmədiyini bildirib.
“Pompeo ilə telefon danışığımız zamanı Cefreyninin başçılıq etdiyi nümayəndə heyətin yeni təkliflər gətirəcəyini demişdim. Lakin, ABŞ-ın gətirdiyi yeni təkliflər bizi qane edəcək səviyyədə deyil. ABŞ-ın Mənbiç məsələsində bizi gecikdirmə prosesi həyata keçirmək istədiyi qənaətinə gəldik. Bu “təhlükəsizlik bölgəsi”nə kimin nəzarət edəcəyi məsələsi və buradakı YPG-lilərin bölgədən necə çıxarılacağı məsələsi bizim üçün həssas mövzudur. 2018-ci ilin iyununda Pompeo ilə Mənbiç yol xəritəsini qəbul etmişik. Ən gec 90 gündə bu yol xəritəsini başa vuracaqdıq. Aradan 1 il 1 ay keçdi, hələ də Mənbiçdə yol xəritəsi tətbiq olunmadı. Daha əvvəl Trampın xahişi ilə bölgəyə hərbi əməliyyatı dayandırdıq. Bizə qarşı təhdid artır. Biz Türkiyə olaraq vəzifəmizi yerinə yetirəcəyik.
Terror təşkilatları özlərini gücləndirirlər və ABŞ da onlara silah verir. Bizimlə görüş günü CENTCOM komandirinin də PKK/YPG ilə görüşü amerikalıların səmimi olmadığının göstəricisidir” – Cavuşoğlu belə deyib.