Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Daha 6 ölkədə koronavirusa yoluxma halları artdı

Koronavirus bütün dünyada tüğyan edir və daha ölkədə yoluxma halları artıb. 

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya, Danimarka, Belarus, Tailand, Maldiv və Cənubi Afrika Respublikasında (CAR) koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib.

Məlumata görə, virusa yoluxanların sayı Finlandiyada 43, Danimarkada 340, Belarusda 12, Tailandda 59, Maldivdə 8, CAR-da isə 13-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 456-ya çatıb. Bunların 66 666 nəfəri sağalıb, 4 302 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Check Also

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib …