Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı

Yaxın Şərqdə koronavirus infeksiyasından ölənlərin sayı durmadan artır.

Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, Bəhreyndə pandemiyadan ilk ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Bəhreyndə koronavirusa yoluxanların sayı 200-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170 265-ə çatıb. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …