Bazar , 11 Yanvar 2026
Drone Cameras

Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi – FOTO

Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib.

Boyukmillet.com  unikal.org-a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

Yardımlı rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …