Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Dahi Stiven Hokinq: dünyaca ünlü fizikin qeyri-adi həyat hekayəsi… – FOTOLAR

Dünyanın ən dahi fiziki Stiven Hokinq 76 yaşında dünyasını dəyişdi. Ailəsi tərəfindən verilən açıqlamada fizikin evində səhərə yaxın vəfat etdiyi bildirilib.

Ötən Yeni İl bayramında BBC-yə verdiyi müsahibəsində Stiven Hokinq 75 yaşına qədər yaşamağı düşünmədiyini, bu qədər yaşadığı üçün özünü şanslı hiss etdiyini demişdi.

Stiven öz kəşfləri, gördüyü işləri ilə dünyada haqqında ən çox danışılan dahidir. Onun kitabları 40 dilə çevrilib və rekord sayda satılıb.

Hələ 21 yaşında olarkən uzun sürən xəstəlik ucbatından iflic olan dahi dünyada müzakirələrə səbəb olan fikirləri, nəzəriyyələri, dünya fizika tarixinə möhürünü vuran şəxsdir. Xüsusən də kosmosla bağlı kəşfləri inanılmazdır.

Qeyd edək ki, Hokinq 8 yanvar 1942-ci ildə anadan olub. Hələ 8 yaşında ikən Londondan 20 mil uzaqda yerləşən məşhur St.Albans məktəbinə gedib.

Məktəbdən məzun olduqdan sonra atasının oxuduğu Oksford Universteti kollecinə daxil olub. Atası israrla onun həkim olmasını istəsə də, Hokinq daha çox riyaziyyata maraq göstərirdi.

1985-ci ildə səsini tamam itirdiyi üçün əlil arabasında gəzməyə başlayıb və yazıları səsə çevirə bilən kompyüter sayəsində insanlarla ünsiyyət qura bilirdi. Danışmaq istədiyi anda əlindəki elektron aləti sıxır, əlil arabasındakı kompyüterə dəqiqədə 10 söz yazmağı bacarırdı.

Dahinin şəxsi həyatı da bir müddət gündəmdən düşməyib. O, 1965-ci ildə Jane Vilde ilə evlənir. Toy günü əsa ilə ayaqda güclə dayanan Hokinq bu evliliyi onun həyatında bir dönüm nöqtəsi olduğunu demişdi. Cütlüyün bir-birinin ardınca 3 uşağı olur.

Lakin getdikcə Hokinqin şöhrətinin artması, ailəsinə az vaxt ayırması, xüsusən də bacısı ilə gizli eşq yaşaması cütlük arasında narazılıqlara gətirib çıxarır. Nəticədə arvadı onun bacısı Elaine Mason ilə yaşadığı macəra üzündən 1995-ci ildə boşanır. Stiven boşanmanın ardınca elə Elaine Mason ilə evlənir.

Lakin bu evlilik cəmi 11 il sürür. Mətbuatda yayılan  dedi-qodulara görə Elaine dahi fizikə qarşı dəfələrlə zorakılıq göstərib, ona mənəvi əzablar verib. Lakin Stiven bütün bu söz-söhbətlər qarşısında susurdu. 2006-cı ildə cütlük səssizcə boşanır. (Xalidə Gəray, Musavat.com)

 

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir