Şənbə , 23 Noyabr 2024
Drone Cameras

DANİB bullinqlə bağlı təlimlərə başlayıb

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Azərbaycan Respublikasının Gənclər Fondunun 12-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Bullinqə qarşı mübarizədə gənclərin səfərbər olunması” layihəsinin açılış mərasimi və təlim sessiyaları keçirilib.
DANİB sədri Elməddin Behbud təşkilatın ötən 18 illik fəaliyyəti haqqında qısa məlumat verərək layihənin mövzusunun cəmiyyəti narahat edən aktual problemə həsr olunduğu bildirib. E.Behbud deyib ki, xüsusi ilə yeniyetmələr arasında geniş yayılan bullinq ciddi fiziki, psixoloji travmalara və faciələrə səbəb olur.
Layihənin təlimçisi Aygün Bayramlı bildirib ki, layihənin əsas məqsədinin regionlardan seçilmiş gəncləri bullinq, onun təsirləri və müdafiə mexanizmləri barədə məlumatlandırmaq, eyni zamanda cəmiyyəti bullinqin qarşısının alınması üçün tədbirlər görməyə təşviq etməkdən ibarətdir. Aygün Bayramlı təlim sessiyalarının Avropa Şurasının “Kompas”-İnsan Haqları təhsili kitabı, həmçinin beynəlxalq və yerli nümunələrin geniş təhlili əsasında təşkil olunduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, layihənin icrası 15 dekabr 2019-cu ilə qədər davam edəcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …