Bazar , 15 Noyabr 2026
Drone Cameras

Danimarka Ukraynaya “Caesar” özüyeriyən artilleriya qurğuları verəcək

Danimarka Müdafiə Nazirliyi yaxın həftələrdə Ukraynaya özünün istehsalı olan “Caesar” özüyeriyən artilleriya qurğuları vermək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

“Bu ilin əvvəlində Danimarka özünün bütün “Caesar” artilleriya sistemlərini Ukraynaya vermək qərarına gəlib. Hazırda ukraynalılar da texniki xidmət üzrə təlimləri başa vurublar və bu sistemləri qəbul etməyə hazırdırlar. Artilleriya sistemlərinin yaxın həftələrdə Ukraynaya çatdırılacağı gözlənilir”, – məlumatda deyilir.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …