Cümə , 13 Noyabr 2026
Drone Cameras

Elmar Baxşıyev: “Dinamik oyun alındı”

“Dinamik oyun alındı, hər iki komanda açıq futbol göstərməyə çalışdı”.

Boyukmillet.com xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur matçından sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis çətin oyun alındığını bildirib: “Neftçi”nin heyətində yaxşı futbolçuları var. Komanda şəklində meydanda futbolçular istədiyimi verməyə çalışdılar. Qalib gəldik, yolumuza davam edəcəyik. Çempionatda zəif və ya güclü anlayışı yoxdur. Hər bir matça maksimum güclə hazırlaşmaq lazımdır. Bundan sonra ölkə kubokunun yarımfinal mərhələsindəki ilk görüşə hazırlaşacağıq. Düzgün analiz edib, yaxşı nəticə qazanmaq istəyirik”.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …