Bazar , 11 Yanvar 2026
Drone Cameras

Danimarkanın Ahrus şəhər bələdiyyəsinin üzvü Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Danimarka Krallığındakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İdarə Heyətinin üzvü Ayaz Məmmədov bu ölkənin Ahrus şəhərində Avropa parlamentinin keçmiş deputatı, Ahrus bələdiyyəsinin üzvü Hüseyin Aracla görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət aparılıb. Səfər Sadiqi, Nazim Əhmədli və Ayaz Məmmədov Ahrus bələdiyyəsinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı kitablar, bukletlər, Azərbaycan bayraqları veriblər.

Nazim Əhmədli Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsalı olan “Atəşkəs” sənədli filminin diskini Ahrus bələdiyyəsinə hədiyyə edib.

Ahrus şəhərindəki fəaliyyətində həmişə Azərbaycanla bir olduğunu deyən Hüseyin Arac qeyd edib ki, bundan sonra da Azərbaycanın haqq səsinin yayılmasına yardımçı olacaq.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir