Bazar ertəsi , 5 İyun 2023

Yararsız “Galaxy Note 7” smartfonuna görə yeni təzminat forması

Cənubi Koreyanın Samsung Electronics kompaniyası ölkədə yararsız “Galaxy Note 7” smartfonunun sahiblərinə yeni təzminat forması təklif edib. Onlar smartfonlarını digər modellərlə, o cümlədən “Galaxy S7” ilə dəyişə və ya gələcəkdə “Galaxy S8” və “Note 8” ilə dəyişməyə imkan verən proqrama daxil ola bilərlər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə kompaniyanın press-relizində deyilir.

Bir qədər əvvəl “Samsung Electronics” kompaniyası akkumulyatorlarının alışması səbəbindən “Galaxy Note 7” smartfonlarının istehsalını və satışını dayandırmağa məcbur olub.

Xatırladaq ki, Cənubi Koreyada “Galaxy Note 7” modelləri avqustun 19-da satışa buraxılıb. Sentyabrın əvvəllərində isə enerji toplayan zaman onların alışması səbəbindən dünya bazarından 2,5 milyon smartfon geri çağırılıb. Eyni zamanda, Amerikada “AT&T” və “T-Mobile US” mobil rabitə şirkətləri təhlükəsizlik səbəbindən “Note 7” smartfonlarının satışını dayandırıb.

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir