Bazar , 15 Noyabr 2026
Drone Cameras

Danimarkanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Boyukmillet.com xəbər verir ki, bu bardə Türkiyə XİN tviterdə məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada deyilir:

“Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, azadlıq pərdəsi altında bu alçaq hücumlara icazə verilməsi qəbuledilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz Danimarkanın Ankaradakı səfirinə çatdırılıb”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …