Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daşkənd Bəyannaməsi: “Bərpa prosesində Azərbaycana kömək mühüm əhəmiyyət kəsb edir”

“Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış Daşkənd Bəyannaməsinin mətnində deyilir.

“Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır. Azərbaycan tərəfi Türkiyə və Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma üzrə infrastruktur layihələrində işlərində iştirakını yüksək qiymətləndirir”, – bəyannamədə deyilir.

Bundan başqa, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzuru və Azərbaycanın Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …