Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Daşqın Gülməmmədov yenidən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri seçildi

Ukraynada 15 dekabr tarixində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) növbəti VII Qurultayı baş tutub. COVİD19 pandemiyası ilə əlaqədar Qurultay onlayn keçirilib. Qurultayda, seçki ilə müəyyən edimiş 43 nümayəndənin 41 nəfəri iştirak edib. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi Niqara Xamrayevə bildirib.

UQTMŞ Kiyev, Odessa, Xarkov, Çernovtsı, Nikolayev. Zaporojye, Zakarpatye, Lvov, Jitomir, Vinnitsa, Çerniqov, Xmelnitski, Doneçk, Luqansk, Poltava, Kirovograd vilayət təşkilatlarını, Kiyev və Sevastopol şəhər təşkilatlarını, Krım Respublika təşkilatını təmsil edən 41 nümayəndənin iştirak etdiyi Qurultayda əsas iki məsləyə baxılıb.

Daşqın Gülməmmədov Qurultay tərəfindən yenidən 4 il müddətinə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri vəzəfəsinə seçilib. Daşqın Gülməmmədovun UQTMŞ Sədri seçilməsinə 41 nümayəndənin 36 lehinə, 6 əlehinə və 1 bitərəf olaraq səs veriblər.

Qurultayda yeni tərkibdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Rəyasət Heyəti seçilib. 39 lehinə, 1 əlehinə və 1 bitərəf səsvermə nəticəsində Rəyasət Heyətinin tərkibinə aşağıdakı şəxslər seçiliblər:
Vilayət Xəlilov
Daşqın Gülməmmədov
Natalya Günko
İrina Manko
İrina İbrahimova
Dmitri Qardaşov
Nataliya Kozaçenko
Niqara Xamrayeva
Sergey Hnatiyuk
Artur Qazıyev
Rauf Qarayev
İbrahim Əliyev
Viktoriya Hnatiyuk
Rüstəm Gülməmmədov
Ceyhun Həsənov
Kamandar Yusubov
Svetlana Obmanyuk
Kamran Güləhmədov
Oksana Sinqaivskaya.

Qurultayda həmçinin digər məslələrin müzakirəsi aparılıb.

Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildə Daşqın Gülməmmədovun təşəbbüsü ilə yardılıb. 6 may 2014-cü ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən Ümumukrayna ictimai birliyi statusunda dövlət qeydiyyatına alınıb. Mərkəzi-mənzil Qərargahı Vinnitsa şəhərində yerləşir.

Hazırda Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukraynada fəaliyyət göstərən ən böyük türkdilli və etnik azlıqlara məxsus leqal fəaliyyət göstərən təşkilatlardan biridir. UQTMŞ-nın 24 vilayət təşkilatı mövcuddur. UQTMŞ- yə 2012-ci ildən Daşqın Gülməmmədov rəhbərlik edir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …