Bazar , 19 Yanvar 2025
Drone Cameras

Deputat: “Bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsi ciddi problemdir”

“Bələdiyyələrin icra aparatlarında olan əməkdaşların sayının şişirdilməsi ilə bağlı məsələ ciddi problemdir. Hazırda bunun qanunvericiliklə tənzimlənməsi yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu gün hər hansı bələdiyyə heç bir məhdudiyyət olmadan istənilən sayda bələdiyyə qulluqçusunu işə qəbul edir:

“Burada heç bir nümunəvi struktur yoxdur. Dəfələrlə təklif etmişik ki, bu məsələ qanunvericiliklə tənzimlənsin. Bələdiyyələrin icra aparatının nümunəvi strukturu müəyyən meyarlar əsasında təsdiq olunmalıdır. Əgər bu olsa, bələdiyyələr məcburi şəkildə həmin struktura uyğun işçiləri işə qəbul edəcək. İcra aparatlarının formalaşdırılması bələdiyyə sədrinin öhdəsində olana qədər bu məsələdə irəliləyiş görməyəcəyik”.

Check Also

Zahid Oruc parlamentdə inqilablardan danışdı

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentin bugün keçirilən iclasında ərəb ölkələrində baş …