Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat seçicilərinə müraciət etdi

Boyukmillet.com
Covid-19 pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə başçısı İlham Əliyevin ardicil tapşırıqları, hökumətin qəbul etdiyi qərarlar, əhalinin “Biz Birlikdə Güclüyük” çağırışına qoşulması, vəziyyəti tam nəzarət altında saxlamaq mümkün olmuşdur. Xüsusi ilə karantin rejiminin tətbiqi, mütəxəssislər tərəfindən vəziyyətə dair mütəmadi qaydaların hazırlanması, Azərbaycanda daha çox insanın bu virusa yoluxmasının qarşısını almışdır. Lakin, son həftə ərzində 1000-ə yaxın vətəndaşda koronavirusun aşkarlanması, 70 nəfərin ölüm faktının qeydə alınması, karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri etmişdir. Hazırlanmış yeni qərara əsasən həftə sonunu tam qapanma qərara alınmış və vətəndaşların sağlamlığının qorunması naminə bu qərara tam ciddiliyi ilə əməl olunmasının vacibliyi qeyd olunmuşdur.
Ölkə rəhbəri İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq.
Ölkəmizdə maskaların və tibbi spirtin, habelə ərzaq ehtiyyatının kifayət qədər olması, vəziyyətin tam hökümət tərəfindən idarə olunması, vətəndaşlarımızda heç bir narahatçılığa əsas olmadığını bir daha vurğulayıram.
Azərbaycan vətəndaşlarına, seçicilərimə, bacı və qardaşlarıma bir daha müraciət edərək həftə sonları evdən çölə çıxmamalarını tövsiyyə edir və ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram.

Məzahir Əfəndiyev 
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …