Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputatlarda tənqid etmə həvəsi hardan gəlir? – 2020-ci il seçkiləri yaxınlaşdıqca…

2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Baxmayaraq ki, bir müddət əvvəl, erkən parlament seçkilərinin baş verəcəyi ilə bağlı informasiyalar ictimai müzakirəyə atılmışdı. Sözsüz ki, hansı qüvvələrin əli ilə olmasından asılı olmayaraq, bu dezinformasiya məqsədsiz deyildi. Ancaq hadisələrin sonrakı inkişafı göstərdi ki, erkən seçkilər üçün xüsusi bir səbəb yoxdur və seçimlər qanuni müddətində reallaşacaq. Və bütün bu müzakirələr o zaman baş verdi ki, istənilən situasiyalarda bir-birini açıq şəkildə tənqid etməkdən çəkinən millət vəkillərinin qarşılıqlı ittihamları eşidilirdi. Hətta “parlamentdə 5-10 deputatdan savayı, heç bir millət vəkili yerində deyil, çünki işləmirlər” kimi ittihamlar göstərdi ki, vaxt daraldıqca qütbləşmə daha da kəskin xarakter ala bilər…

Məsələn, Rafael Cəbrayılovun timsalında aydın şəkildə göründü ki, deputatların parlamentdəki yaxın qonşuları ilə, uzaq həmkarlarının heç bir fərqi yoxdur. Halbuki, borcu olmasaydı, deputat vəsiqəsini şəxsiyyət vəsiqəsi kimi girov qoymasaydı, nə o, yaxın qonşusunu tanıyacaqdı, nədə uzaq həmkarları onun haqqında danışmağa cürət edəcəkdilər…2020-ci il seçkilərinə hələ çox var. Deməli, bu tip halların baş verə biləcəyi, təkrarlanmayacağı istisna oluna bilməz. Axı parlamentdə, bizneslə məşqul olan Cəbrayılovlar çoxdu… 

Məsələ ilə bağlı analitik Elçin Mirzəbəyli 

Analitik hesab edir ki, Azərbaycanda mandatın və yaxud hər hansı bir başqa səlahiyyətin verdiyi susmaq və heç bir faydalı iş görməmək statusu mərhələsi geridə qalıb:

“Əgər söhbət Rafael Cəbrayılovla bağlı son hadisədə deputatların səsləndirdikləri fikirlərdən gedirsə, bunu konkret fakta, əmələ olan münasibət kimi qiymətləndirmək lazımdır. Bir çox hallarda millət vəkilləri arasında media müstəvisində nəzərə çarpan ziddiyyətlər şəxsi münasibətlərdən, yaxud birinin digərinin marağına, mövqeyinə toxunan açıqlamasına olan münasibətindən qaynaqlanır. Başqa və ən önəmli məsələ isə bəzilərinin öz ənənəvi statuslarını qorumaq uğrunda mübarizəsi ilə bağlıdır. Bəziləri mənsub olduqları komandanı və ölkənin milli maraqlarını müdafiə etmək üçün analitik təfəkkürə, dərin siyasi dünyagörüşünə və təcrübəyə malik olmadıqlarından, illərini susmaqla keçirdiklərindən, siyasi proseslərin gündən-günə intensivləşən dinamikası ilə ayaqlaşa bilmədiklərindən qəzəblənir və səhvlərə yol verirlər. Bu da nəticə etibarilə müəyyən ittihamlara yol açır”.

Analitik vurğulayıb ki, indi önəmli olan şəxsiyyət, əməl, mövqe və ictimai faydalılıqdır:

“Azərbaycan qanunvericiliyi deputatların bizneslə məşqul olmasını qadağan edir. Bu ona görə edilir ki, indi qarşılaşdığımız neqativ hallar ortaya çıxmasın. Bütün baş verənlər nəticə çıxarmaq üçün geniş imkanlar yaradır. Belə problemlərin ortaya çıxarılmasına gəldikdə isə, məni məsələnin o tərəfi maraqlandırmır. Ortaya çıxan böhtan, yalan deyil, faktdırsa o zaman faktın özünə münasibət bildirmək lazımdır. Deputat mandatı daşıyan şəxs öz reputasiyasını qorumalıdır”.

E. Mirzəbəyli 2020-ci il seçkilərindən sonra parlamentdə hansı yeniliklərin olacağına da aydınlıq gətirib:

“Azərbaycanda parlament seçkilərin nəticələrinə uyğun formalaşdırılır. Bu baxımdan belə məsələlərlə bağlı öncədən proqnoz vermək, kimin qalıb kimin qalmayacağını söyləmək doğru olmaz. “Xalqın gözü tərəzidir” deyirlər və ümid edirəm ki, tərəzidən keçən proses həm çəkidə, həm də qiymətdə ağır olan nəticələrin ortaya çıxmasına zəmin yaradacaq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …