Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilən tədbirə qatılıb.

Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 ili tamam oldu. Xalqımızın şərəf və qürur tarixi olan 20 yanvar facisəi Göygöl rayonunda da böyük izdihamla yad edilib.Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun iştirak etdiyi anım mərasimində rayonun dövlət strukturlarının rəhbərləri və İctimai təşkilatların nümayəndələri iştirak edib.
9 fevral 2020-cil Milli Məclisə seçkilər üzrə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Aslanov da öz seçiciləri ilə Göygöl rayonundakı Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin xatirəsini yad edib.Qarabağ müharibəsində Vətənimizin bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın da əziz ruhları ehtiramla anılıb.Onların məzarları üzərinə qərənfillər düzülüb.

Bu böyük izdihamla Vətən, dövlət, xalq üçün canlarından keçənlərin xatirəsi əbədi olaraq unudulmayacaq fikri ifadə olunub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …