“Nəsimi-650” kitabının Şamaxıda təqdimatı olub.
boyukmillet.com xəbər verir ki, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının Şamaxıda keçirilən Diaspor Gənclərinin II Yay Düşərgəsində təqdimat mərasimi keçirilib.
Kitaba yerli alim və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, İraq və digər xarici tədqiqatçılarının da məqalələri daxil edilib.
Xaricdə yaşayan azərbaycanlı gənclərin qatıldığı təqdimat mərasimində Toğrul Allahverdili müəllifi olduğu kitabın yazılma zərurəti və nəşri haqqında ətraflı məlumat verib.O, sözügedən kitabın yazılmasında Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb.T.Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına hədiyyədir.
Daha sonra düşərgə iştirakçısı olan gənclər təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndiriblər.